11 Avqust 2022 14:17
1 672
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Siyasi səbəblərə görə Lokarno Beynəlxalq Film Festivalında mükafat ala bilməyəcəm”.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri tanınmış rusiyalı rejissor Aleksandr Sokurov deyib.

Avqustun 3-dən 13-dək İsveçrədə keçirilən kinofestivalda Sokurovun İkinci Dünya Müharibəsindən bəhs edən “Nağıl” filmi nümayiş olunub. Rejissor filminin festival çərçivəsində nümayişindən razı qaldığını bildirib:

“Filmi göstərdiyinizə görə təşəkkür edirəm, çünki Avropada bu problemdir. Zalda üç min insan əyləşmişdi və sözün əsl mənasında nümayiş bir nəfəsdə bitdi. Mən gənclərin, tələbələrin, müxtəlif yaşda və müxtəlif ölkələrdən olan tamaşaçıların filmə münasibətindən çox razıyam. Bu, gözəl hiss idi”, - Sokurov bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Aleksandr Sokurov Lokarno festivalından sonra “kino həyatının sonu” olduğunu elan edib.

“Beynəlxalq kino həyatıma Lokarnoda başladım, orada da bitirəcəm” – deyən rejissor dəfələrlə Rusiya kinosunda senzuranın olduğunu bildirib.

Rejissor həmçinin ötən il onlayn konfrans zamanı Putinə Rusiyanın tərkibinə daxil olan respublikalara müstəqillik verilməsi ilə bağlı çağırış edib. Bu isə Putinin tənqidinə səbəb olub.

Bu ilin iyun ayında rus sərhədçiləri kinoejissoru Rusiyadan Finlandiyaya buraxmayıblar. Rejissor sənət konfransında iştirak etmək üçün Milana uçmalı idi. Sokurov baş verənləri “utancverici hadisə” adlandırmışdı.


Müəllif: Nərmin

Oxşar xəbərlər