“Sonuncu dəfə ona "səni ziyarətə gələcəm" deyəndə etiraz etmədi, "gəl, gözləyirəm, Nəsrinim" dedi. Xəstəxanada belə narahat haldaykən “yox, gəlmə” demədi. Amma içimizdə fikir ayrılığımız oldu. Mənim də bəsirətim bağlandı, “gedərəm, virus düşər, vəziyyəti lap pis olar” fikirləşdim”.
Teleqraf.com xəbər verir ki, bu sözləri məşhur aktrisa Nəsrin Cavadzadə ötən həftə dünyasını dəyişən aktyor Civan Canova barədə yazıb.
Cavadzadə “Üç quruş” serialında birlikdə rol aldığı aktyoru sosial media paylaşımında belə yad edib:
“Biz həmişə çəkiliş meydançasına eyni avtobusla gedirdik. Bəzən çəkilişdən geri qayıdarkən də bir yerdə olurduq. Həmişə “Əvvəlcə Nəsrin xanımı buraxın” deyirdi. O, əsl centlmen idi. Mənim nəslimdə görmədiyim tipdən bir insan idi.
Onunla istənilən mövzuda danışa bilərdik. Vatsap qrupumuzda ədəbsiz zarafatlar edəndə ondan üzr istəyərdim, o da deyirdi: “Sən niyə məndən üzr istəyirsən, elə bilirsən bunlara gülə bilmirəm?” Hamımızı suya aparıb, susuz gətirərdi. Amma hiylə ilə deyil. Ağlı, vicdanı, ruhu, yaşadığı həyatı, durduğu yer, danışdığı söz, tutduğu həcmlə. Onunla hər şeydən - ədəbiyyat, kino, rəssamlıq, poeziya, teatr barədə danışmaq olurdu. O, ən gənc, ən şirin, ən dəliqanlımız idi.
Səni çox sevirəm. Sevinirəm ki, indi mənim bir parçamsan. Ürəyimdəsən”.
Qeyd edək ki, teatr, kino və serial aktyoru olan Civan Canova həmçinin dramaturq, ssenarist və teatr rejissoru olub. Yaratdığı obrazlarıyla mükafatlara layiq görülən Canova avqustun 20-də dünyasını dəyişib.