24 Avqust 2022 14:59
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Simam elə vəziyyətdə idi, sizə deyə bilmirdim ki, utanıram. O sima ilə ekranda görünmək istəmirdim. Sifətimdən razı qalanda ekranda görünəcəm, ona görə hamınız məni üzrlü sayın. Heç kim elə bilməsin ki, saymazlıq edirəm”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri ağır xəstəliyə qalib gələn Xalq artisti Ramiz Novruz İnstaqramda yaydığı videoda səsləndirib.

Aktyor sağalmasında birbaşa əməyi olan Heydər Əliyev Fonduna, həmçinin sənət dostlarına təşəkkür edib:

“Teatrımızın gənc aktyorlarına, sənət aləmində olan bütün gənclərə, dostlarıma minnətdarlığımı bildirirəm. Son vaxtlar xəstəliyə görə əsəbi olduğumu bilib, məni yola verən bütün dostlarıma təşəkkür edirəm. Mən xalqıma bir daha valeh oldum. Xalqımın qarşısında baş əyirəm”.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər