“Mənim ən pis xatirələrim İosif Brodskiylə bağlıdır”
Teleqraf.com xəbər verir ki, bunu “Hellomag” dərgisinə müsahibəsində qrafinya Mariolina de Zuliani deyib.
Mariolina de Zuliani yəhudi əsilli şair, esseist, dramaturq, tərcüməçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı İosif Brodskinin ilham pərisi kimi tanınıb. Amma onların münasibəti heç də ürəkaçan olmayıb.
Qrafinya ötən günləri yada salaraq bunları deyib:
“Brodskinin nə vaxtsa həqiqətən sevib-sevmədiyini bilmirəm, amma bilirəm ki, bir ətəyi də gözdən qaçırmazdı. Onun qadınlara qarşı rəftarı bu cür idi: istədi və götürdü. Ondan imtina etdiyimə görə mənə nifrət etdi və əsərləri vasitəsilə məndən qisasını aldı. Yazdıqları içərisində mən və ailəm haqqında çox pis şeylər var. Elə vəziyyətə çatdırdı ki, onunla ünsiyyət qurmaq belə istəmədim. Venesiyaya gələndə onunla üz-üzə gəlməmək üçün hər şeyi edirdim”.