Amerikalı reper Kanye Uest Kventin Tarantinonu oğurluqda ittiham edib. O bildirib ki, rejissorun “Azad olunmuş Canqo” filminin ideyası ona məxsusdur.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Uestin dediyinə görə, o, filmin ideyasını 2005-ci ildə hit olan “Qızıl axtaran” mahnısının klipi kimi Tarantino və aktyor Ceymi Foksa təqdim edib.
2012-ci ildə Tarantino Foksun canlandırdığı azad edilmiş quldan bəhs edən “Azad olunmuş Canqo” filmini çəkib. Musiqiçinin sözlərinə görə, Tarantino onunla söhbətdən sonra həmin ideyanı filmə çevirib.
Reperin “Qızıl axtaran” klipinin köləliklə heç bir əlaqəsi yox idi, əksinə, uydurma jurnalların üz qabığı üçün poza verən qızları nümayiş etdirirdi. “Azad olunmuş Canqo” isə Tarantinonun ən uğurlu layihələrindən birinə çevrildi.