22 Dekabr 2014 22:55
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərov 18-20 dekabr 2014-cü il tarixlərində Türkiyənin Diyarbəkir əyalətində keçirilən “Köçün 100-cü ildönümündə: Osmanlının son dövründəki üsyanlar” mövzusunda beynəlxalq simpoziumda iştirak edib.

Teleqraf.com-un məlumatına görə, İnstitutdan bildiriblər ki, tədbirdə F.Ələkbərovun “Osmanlı türklərinin tənəzzülündə qərb milliyətçiliyinin rolu” mövzusunda məruzəsi dinlənilib.

Azərbaycanlı alim məruzəsində qərb və şərq millətçiliyinin tarixindən, qərb sivilizasiyasının türk-islam mədəniyyətinə, türklərin milli şüuruna təsirindən söz açıb.


Müəllif:

Oxşar xəbərlər