Azərbaycan Respublikasının Kinematoqrafçılar İttifaqı, Prodüserlər Gildiyası, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Professional Kinorejissorlar Gildiyası və Aktyorlar Gildiyasının rəhbərləri və səlahiyyətli nümayəndələri tərəfindən "Koordinasiya şurası" yaradılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Kinorejissorlar Gildiyasının İctimaiyyətlə əlaqələr və İnformasiya xidməti məlumat yayıb.
Bildirilib ki, məqsəd milli kinomuzun taleyüklü məsələlərinin müzakirəsi və vahid mövqe bildirilməsidir.