"Bəzi kinofestivallar açıq şəkildə bildirirlər ki, biz Azərbaycan filmini göstərmək istəmirik".
Teleqraf.com xəbər verir ki, bunu bir çox festivallada filmləri ilə uğur qazanmış kinorejissor Asif Rüstəmov "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda “Yaradıcılıq. Müasir Azərbaycan kinosunun perspektivləri” adlı paneldə çıxışı zamanı deyib.
O qeyd edib ki, festivallarda həmişə konyuktura ilə rastlaşıb: "Amma filminiz doğurdan da yaxşı filmdirsə, heç nə ona maneə deyil. Təbii, konyuktura və klişelərlə film çəkəndə iş daha rahat olur, amma yenə deyirəm ki, uğur üçün bu, şərt deyil.
Bu forumda gəncləri çox tənqid etdilər. Az qala elə fikir formalaşdı ki, Azərbaycan kinosunun ən böyük problemi gənclərdir".
Qeyd edək ki, bu gün Bakıda Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino Forumu işə başlayıb. Forum iki gün davam edəcək.