Bu gün Azərbaycan Prodüserlər Gildiyası və Dövlət Vergi Xidməti Vergi Siyasəti Baş İdarəsinin nümayəndələrinin iştirakı ilə onlayn formatda görüş keçirilib.
Prodüserlər Gildiyasından Teleqraf.com-a verilən məlumata görə, görüşdə gildiyanın sədri Fikrin Bəktaşi, üzvləri Emil Nəcəfov, Əli İsa Cabbarov və Orxan Əliyev iştirak ediblər.
Onlayn görüşdə kino sənayesinin inkişafı məqsədilə vergi siyasətində və vergi qanunvericiliyində beynəlxalq təcrübələrin tətbiqi, kino istehsalı zamanı və kinonun prokatında yaranan vergilər barəsində fikir mübadiləsi, kino sahəsinə investisiyaların təşviqi və bu sahənin rəqabətə davamlılığını təmin edə biləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.
Vergi xidmətinin nümayəndələri belə görüşlərin əhəmiyyətini xüsusilə vurğulayılar, daha geniş əməkdaşlığın qurulmasında və görüşlərin mütəmadi keçirilməsində maraqlı olduqlarını bildiriblər.