26 İyul 2023 14:55
2 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar incəsənət xadimi Cəmil Quliyev Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birləşməsinə münasibət bildirib.

Cəmil Quliyev Teleqraf.com-a ittifaqların birləşməsini dəstəklədiyini deyib: “Mən Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birləşməsini dəstəkləyirəm, bu, çoxdan lazım idi. Azərbaycan kinematoqrafçılarının öz güclərini vahid mərkəzə toplaması kinomuzun inkişafına təkan verəcək. Yeni quruma uğurlar arzulayıram”.

Cəmil Quliyev qurumun adına da münasibət bildirib: “Kino İşçilərinin Birliyi çox yaxşı addır. İttifaq sözü köhnədir, sovet dövründən qalıb. Amma Kino İşçilərinin Birliyi kino sahəsində çalışanların birliyini göstərir.

Bu fikri xalq yazıçısı Anar Rzayev və xalq artisti Şeyx Əbdül Mahmudbəyov təklif edib. Düşünürəm ki, çox uğurlu addır”.

Əməkdar incəsənət xadimi onu da deyib ki, bu gün Nizami Kino Mərkəzində keçirilən toplantıda hər iki ittifaqın nümayəndələri iştirak edib: “Hər iki ittifaqın nümayəndələri toplantıda təmsil olunurdu. Mədəniyyət naziri Adil Kərimli də toplantıda iştirak etdi. Ümumilikdə bir neçə nəfəri çıxmaq şərtilə hər kəs toplantıya qatılmışdı”.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər