Bu yaxınlarda Türkiyə mediası kino ulduzlarının, məşhur musiqiçilərin instaqramda həm hekayə bölümündə, həm də səhifədəki reklam paylaşımlarının dodaq uçuqladan qiymətlərini açıqlamışdı.
Teleqraf.com Publika.az-a istinadən xəbər verir ki, bu dəfə seriallarda çəkilən ulduzların bir seriyadan aldıqları qazancları açıqlanıb. Məlum olub ki, Kıvanç Tatlıtuğ "Ailə" serialından bir bölümə görə, 1,5 milyon TL, Serenay Sarıkaya isə 1,2 milyon TL alır.
Pınar Dəniz ilə Kaan Urgancıoğlu "Yargı" serialının bir seriyasına görə 700 min TL qonorar əldə edir.
"Yalı Çapkını" nın ulduzları Afra Saraçoğlunun bir seriyadan qazancı 500 min, Mert Ramazan Dəmirin isə 400 min TL-dir.
"Kızılcık şerbeti"ndə baş rolları oynayan Sıla Türkoğlunun 100 min, Doğukan Güngörün isə 50 min TL aldığı məlum olub.
"Adım Farah" serialının qəhrəmanları - Demet Özdemirlə Engin Akyürek isə bir bölümə görə 650 min TL alır.