7 Avqust 2023 16:12
1 523
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Prezidentə təşəkkür edirəm ki, diqqət ayırıb məni “İstiqlal” ordeni ilə təltif edib. Allah canını sağ eləsin"

Bu sözləri Teleqraf.com -a Prezident İlham Əliyevin sərəncamı ilə bu gün Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif olunan Xalq artisti Rasim Balayev deyib.

O bildirib ki, İlham Əliyev və Mədəniyyət Nazirliyi hazırda kinoya böyük diqqət yetirir:

"Bu da məndə kinomuzun gələcəyi ilə bağlı nikbinlik yaradır. İnanıram ki, Azərbaycan kinosu tənəzzül illərindən çıxıb gözəl filmlər çəkib tamaşaçıları sevindirəcək".

Qedy edək ki, Rasim Balayev 1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub. 31 may 2022-ci ildə isə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi xidmətlərə görə 1976-cı ildə Əməkdar artist, 1982-ci ildə Xalq artisti, 1986-cı ildə Dövlət mükafatı, 1998-ci ildə “Şöhrət” ordeni, 2018-ci ildə “Şərəf” ordeni, 2023-cü ildə “İstiqlal” ordeninə layiq görülüb.


Müəllif: Nərmin

Oxşar xəbərlər