Üç sezon davam edən və uğurlara imza atan "Camdaki Kız" türk serialının ən təsirli obrazlarından biri olan Sedatla məşhurlaşan gənc aktyor Feyyaz Şərifoğlu yeni iş təkliflərini dəyərləndirir.
Teleqraf.com xəbər verir ki, o bu barədə Türkiyə mətbuatına müsahibəsində deyib.
Sevilən ekran siması olan Şərifoğlu hazırda istirahət edib, tətilin dadını çıxarır. Amma etiraf edir ki, yeni iş təkliflərinə açıqdır.
“Yay mövsümü yaxşı keçir. "Camdakı kız" serialını bitirdik və bir az istirahət etdim. Tətilin ardınca hər şeyi "toplamaq" lazımdır" - deyə aktyor bildirib.
Serialdan sonra geyimlərini dəyişəcəyi xəbəri ilə gündəm olan aktyor bu mövzuda suallara diqqətçəkən açıqlama verib:
“Əslində, mən arınma mərhələsindəyəm. Üç mövsüm 82 seriyadır ki, Sedat obrazını canlandırırdım. Küçədə gördüyüm insanlar mənə "Sedat" deyə yaxınlaşırlar, bu prosesdən qurtulmaq, yeni layihə üçün arınmaq lazımdır. Hazırda bu dövrü yaşayıram. Ssenarilər oxuyuram, amma tələsmək istəmirəm. Düzgün layihəni tapıb, razı qaldığım an təbii ki, işə başlayacam”.