Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ofislərini birləşdirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı katibi Əli İsa Cabbarov məlumat verib.
"AKİ bu gündən etibarı ilə Bülbül küçəsindəki ofisdə işə başlayıb. ARKi sədri Şəfiqə xanım Məmmədovaya yaratdığı şərait və qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm"- deyə bildirib.