Heydər Əliyev Mərkəzində oktyabrın 8-dən start götürən III “Korkut Ata” Türk Dünyası Film Festivalının bağlanış mərasimi olub.
Teleqraf.com xəbər verir ki, festivalda Baku Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da iştirak edib.
Arzu Əliyeva səhnəyə çıxaraq ən yaxşı bədii film mükafatını "Ulduz tozu" filminin rejissoru Ahmet Sönmezə təqdim edib.
Qeyd edək ki, festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.