Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişilə “Əsgərin şücaəti” adlı tammetrajlı bədii filmin istehsalı davam etdirilir.
“Azərbaycanfilm” kinostudiyasından Teleqraf.com-a verilən məlumata görə, filmin qış səhnələrinin çəkilişlərinə hazırlıq işləri aparılır. Filmin mayın 9-da tamaşaçılara təqdim olunması nəzərdə tutulub.
Əsas hissəsinin çəkilişləri Belarusun Brest, Minsk şəhərlərində və Vileyka qəsəbəsində aparılan film İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunub. Ekran əsərinin ssenari müəllifləri Yuri Vorobyov və Yavər Rzayev, rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, prodüseri isə Müşfiq Hətəmovdur.
Baş rolu Pantomim Teatrının aktyoru Bəhruz Vaqifoğlunun canlandırdığı filmdə Almaniya və Rusiyanın tanınmış aktyorları rol alıblar.
Nərmin