20 Noyabr 2023 18:48
1 517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur pianoçu Rüya Taner və Türkiyənin tanınmış saksafon ifaçısı və yazıçısı Kürşat Başar Cümhuriyyətin 100-cü və Şimali Kipr Türk Respublikasının 40-cı ildönümü çərçivəsində Bakıda konsert verəcək.

Teleqraf.com xəbər verir ki, noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində baş tutacaq konsertdə Rüya Taner və Kürşat Başar klassik musiqi ilə tamaşaçıların qarşısına çıxacaq.

Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikasının sənət dünyasının bir araya gələcəyi konsertdə hər üç türk dövlətin mədəniyyəti nümayiş olunacaq və ölkələrimiz arasında mədəni əlaqələrin daha da güclənməsinə töhvə verəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər