26 Noyabr 2023 08:36
1 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Aşk-ı Memnu" cütlüyünü uzun illərdən sonra bir bədii filmdə görmək hamımızı sevindirdi. Xüsusilə də Beren fanatı olaraq mən çox sevindim.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri tanınmış musiqiçi, aktrisa Beren Saatın həyat yoldaşı Kənan Doğulu jurnalistlərə açıqlamasında deyib.

O, Berenin Kıvanç Tatlıtuğla birlikdə rol aldığı "İstanbula son zəng" filminin nümayişindən sonra həyat yoldaşını tərifləməyə doymayıb.

Doğulu Beren Saat və Kıvanç Tatlıtuğun Hülya Koçyiğit və Tarık Akan, Filiz Akın və Cüneyt Arkın kimi klassik kino cütlükləri kimi olduğunu bildirib.

Onun növbəti açıqlaması isə Beren Saatı çox təəccübləndirib. Kənan gələcəkdə yaxşı bir layihədə həyat yoldaşı ilə birlikdə rol almaqdan xoşbəxt olacağını dilə gətirərək aktyorluğun onun üçün yeni bir həyəcan olacağını deyib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər