13 Dekabr 2023 18:18
3 611
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən teatrla şəxsi həyatımı balanslaşdıra bilmişəm".

Teleqraf.com xəbər verir ki, bunu Əməkdar artist Zemfira Əbdülsəmədova “Min maska” verilişinə qonaq olarkən deyib.

O daha sonra əlavə edib:

“Teatr özünü ona həsr edən insandan 100 faizlik nəticə istəyir. Bəzən insana elə güc gəlir ki, səhnədə olduğun ik-üç saat ərzində 100 faizi bütünlüklə sənətə verə bilirsən. Bu da sevgidən irəli gəlir. Amma onun arxa planı - kulisi var. O həyatla teatrı balanslaşdırmaq çətindir. Həm ailəni, həm teatrı, həm kinonu, həm sənəti əlində saxlamaq həddindən artıq çətindir. Hər adam bunu bacarmır. Demirəm ki, məndə hər şey 100 faizlikdir. Mənim teatrda itirdiklərim oldu... Ailəmin xətrinə ona razılaşdım”.

Vaxtilə Gənclər Teatrında çalışan aktrisa aparıcının “Hüseynağa Atakişiyevin müsbət və onu məhvə aparan cəhəti nə idi” sualına belə cavab verib:

“Hüseynağa müəllimin təmiz ruhu var idi. Qarşındakıyla danışanda başını həmişə aşağı salardı. Qəribə utancaqlığı vardı...Tərbiyəli idi, mədəni idi. Mənə elə gəlir, bu həyatda elə adamlara yer olmur”.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər