28 Yanvar 13:13
2 987
12 Punto 14 Punto 16 Punto 18 Punto

"P.S. Bəzən sevincini itirmiş kirpi oluruq.
Bəzən də sevincimizi tapmağımıza kömək etmək üçün balaca ayılara ehtiyac duyuruq. Bəlkə özümüz ayı olmağa çalışsaq, o zaman hər kəsin öz sevincini tapmaq və sevdikləri ilə bölüşmək imkanı olacaq..."

Teleqraf.com xəbər verir ki, bunu Əməkdar artist Gülzar Qurbanova sosial şəbəkədə yazıb.

O daha sonra əlavə edib:

"Əslində, balaca ayı həmişə bizimlədir. Bəzən bunu unuduruq. Əgər sizin yanınızda belə bir ayı varsa bilin ki, siz xoşbəxtsiz.

Kirpi olsam belə, başqaları üçün bir az da olsa Ayı kimi oluram. Ayı və ayı balalarıma minnətdaram həyatımda olduqları üçün.

Övladlarınızı, sevdiklərinizi, günəşi qucaqlayın...
Bu cizgi filmin hər cümləsi, hər sözü bütöv bir həyat kimidir..."


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər