18 Aprel 10:34
1 633
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tarixi-mədəni abidələrimizin bərpa-konservasiyası Böyük Qayıdışın tərkib hissəsidir".

Teleqraf.com xəbər verir ki, bu sözləri mədəniyyət nazirinin müavini Səadət Yusifova Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Ramana qalasında baş tutan tədbirdə bildirib.

Nazir müavini 30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-mədəni abidələrimizə qarşı vandal münasibətə diqqət çəkib.

Səadət Yusifova Ramana qalasının tarixi əhəmiyyətini qeyd edərək bildirib ki, Azərbaycan xalqı hər zaman özünün mədəni-tarixi irsinə sahib çıxıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər