Qarabağdakı tarixi-mədəni abidələrdə 2020-ci ildən başlayaraq monitorinqlər aparılıb.
Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlaması zamanı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib.
Səbinə Hacıyeva bildirib ki, siyahıda olan 705 abidədən yalnız 163-də hələlik monitorinq aparılmayıb: "Bu, onların yerləşdiyi ərazidələrə görədir. Çünki həm relyef baxımından, həm də digər təhlükəsizlik məsələlərinə görə orada hələ ki monitorinq aparmaq mümkün deyil.
2023-cü ilin sentyabrındakı anti-terror tədbirlərindən sonra bir çox tarixi-mədəni abilərdə olduğu kimi, Amaras monastrında da monitorinq aparılıb. Xudavəng monastrında erməni vandallarının izləri haqqında mərhələ-mərhələ lazımi addımlar atılacaq. Təbii ki, Qarabağ və Şərqi Zəngəzurdakı bütün abidələr bizim mədəni-tarixi irsiminizin bir hissəsidir. Həmin abidələrin qorunması, mühafizəsi və digər lazımi prosedurlar hamısı həyata keçiriləcək".