Fevralın 2-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Gəncləri Günü münasibətilə “Toy tamaşası” adlı konsert olacaq.
Filarmoniyadan Teleqraf.com-a bildirilib ki, konsertdə Fikrət Əmirov adına əməkdar kollektiv, Azərbaycan Dövlət mahnı və rəqs ansamblı çıxış edəcək. Bədii rəhbər və baş dirijor xalq artisti Ağaverdi Paşayevdir.