5 Mart 2015 20:10
795

Milli Teatr Günü münasibətilə “Zirvə” mükafatının təqdim olunma mərasimi keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti Azərbaycanda "Milli Teatr Günü"nün təsis edilməsi haqqında 1 mart 2013-cü il tarixli sərəncam imzalayıb. Bununla əlaqədar hər il martın 10-da Milli Teatr Günü ölkədə rəsmi surətdə qeyd edilir.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, milli mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və tərəqqisinə xidmət edən, teatr, kino, musiqi, təsviri sənət sahələrində xüsusi nailiyyətlər qazanan, yüksək peşəkarlıq nümayiş etdirən istedadlı şəxslərin bədii axtarışlarını dəstəkləmək və yaradıcılıq fəaliyyətləri üçün zəmin yaratmaq, qiymətləndirmək məqsədilə 2007-ci ildə nazirlik tərəfindən "Zirvə" mükafatı təsis edilib.

10 mart 2015-ci il tarixində, saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında Milli Teatr Günü münasibətilə növbəti "Zirvə" mükafatının təqdimolunma mərasimi keçiriləcək.


Müəllif: