Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Nəriman Məmmədov vəfat edib.
Report xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Bəstəkarlar İttifaqı yayıb.
Uzun müddətdir xəstə olan Nəriman Məmmədov bu səhər dünyasını dəyişib.
Qeyd edək ki, mərhum bəstəkarla vida mərasimi aprelin 7-də saat 12.00-15.00-dək Bakı Musiqi Akademiyasında olacaq.
Xatırladaq ki, Nəriman Məmmədov 1927-ci il dekabrın 28-də Naxçıvan şəhərində doğulub.