Avropa Parlamenti 24 aprelin Avropa Birliyinə daxil olan ölkələrdə “erməni soyqırımı” günü kimi qeyd edilməsilə bağlı sənədi qəbul edib.
Bundan əvvəl isə Vatikanda etdiyi çıxışında 100 il bundan əvvəl, Osmanlı hakimiyyəti dövründə, Birinci Dünya Müharibəsi illərində baş vermiş ermənilərin qətliamından danışan Roma papası “soyqırım” sözündən istifadə etmişdi.
Papanın və Avropa Parlamentinin bəyanatı Türkiyəni qəzəbləndirdi və prezident Rəcəb Tayyib Ərdoğan soyqırımın baş verdiyini mütəmadi olaraq təkzib etdi.
Bəs azərbaycanlı yazıçılar bu məsələ ilə bağlı nə düşünür?
Teleqraf.com şair və yazıçıların fikirlərini təqdim edir.
Dəmir Gədəbəyli:
“Mən Roma Papasının və Avropa Parlamentinin bəyanatlarına yeni yazdığım şeirlə cavab vermək istəyirəm.
Uğuldayır tufan kimi,
Avropada,
Xristiyan klubları!
Od püskürür vulkan kimi,
Xaçpərəstlər,
Türküyəyə, Türkə sarı!
Yenə qızıb, qudurubdu,
Yer üzünün,
Qan - qan deyən köpəkləri!
Gic haylar üzə durubdu,
Yallarının
Artıq düşüb kəpəkləri!
Səsi çıxmır, susub tamam,
Daşa dönüb,
Qosqocaman Türk dünyası!
Elə bil ki, Turanların,
Parçalanıb,
Çiliklənib, bəxt aynası!
Şər yuvası Batikanda,
Türkə qarşı,
Yenə savaş hazırlanır...
Dünya adlı bir ümmanda,
Aydın sular,
Daş düşür, təzdən bulanır!
Bir Vatikan əyyaşının,
Böhtanını,
Nədən Turanlar udubdu?!
Çanaqqala savaşının,
Sarsaq düşmən,
İbrət dərsin unudubdu?!”.
Nurəddin Ədiloğlu:
“İncil”də yazılır ki, Elə düşünməyin ki, mən dünyaya sülh gətirmək üçün gəlmişəm. Mən qılınc gətirmişəm, sülh deyil. Öz taleyini götürüb mənim arxamca gəlməyənlər mənə layiq deyillər...”. Elə İsanın müqəddəs ruhuyla “təmas yaradan” Roma Papası da Şərqdə uğurlu xac “əməliyyatı” aparan Avropaya və Amerikaya “xeyir-dualar” verir. Qərbdə antiislam dalğası, İslam peyğəmbərinin karikaturaların çəkilməsi, Quranın amerikalı keşiş tərəfindən yandırılması və s. xoşagəlməz olayların hamısı - birmənalı şəkildə Vatikandan qaynaqlanır. Papa II Fransiskin “erməni soyqrımı” ilə bağlı bəyanatına dinlərarası münasibətlərə nifaq salmaqdan başqa nə ad vermək olar? Avropa Parlamentinin "soyqrımla" bağlı qərarına gəldikə, sözüz ki, Qərb siyasətinin bir daha xristian amilinə söykəndiyini isbatlayır. Əsrlər, qərinələr boyu belə olub, belə də olacaq! Ona görə sözün əsl mənasında böyük türk birliyinə ehtiyac var. Avropa qarşısında yeganə sirpər gerçək türk birliyidir, vəssalam”
Əvəz Qurbanlı:
“Mənim fikirlərim yəqin ki, sizin üçün yeni olmayacaq. Hər bir azərbaycanlının, türk dünyasının və dünyanın həqiqətsevər kəsiminin, siyasi təxribatlardan uzaq insanların tarixi həqiqətlərə söykənərək dilə gətirdiyi fikirləri mən sadəcə təsdiq edə bilərəm: Tarixdə heç bir "erməni soyqırımı" olmayıb. Əksinə, belə qondarma iddiaların arxasında dayanan "görünməz" güclərin zaman-zaman etnik türklərə qarşı dəfələrlə həyata keçirdikləri qətliamlar, saysız-hesabsız terror aktları ilə bağlı təkzibolunmaz faktlar mövcuddur. Bu gün təkcə Papa və Avropa Parlamenti deyil, mən deyərdim, dünyada nüfuz sahibi kimi təqdim edilən bir çox təşkilatlar yuxarıda qeyd etdiyim "görünməz" qüvvələrin əlində alət rolunu oynayır”.
Babək Göyüş:
“Roma Papası II Fransiskin ötən bazar günü 1915-ci il hadisələrinə aid çıxışında “Ötən əsrin ilk soyqırımı məhz ermənilərə qarşı olub” ifadəsi gözlənilən idi, çünki bir gün öncə o tədbirin iştirakçılarına paylanan dua kitabçasında məhz bu sözlər açıq-aydın yazılıbmış. Deməli, artıq xristian dünyası heç nədən və heç bir qüvvədən qorxmayaraq türklərə və onların timsalında islam dünyasına qarşı meydan oxuyur. Üstəlik, dünən axşam Avropa Parlamentinin də 1915-ci il hadisələrinin soyqrım kimi tanınmasını nəzərdə tutan layihəni qəbul etməsi bunu deməyə əsas verir ki, onların hədəfləri daha böyükdür. Məqsəd isə nəyin-bahasına olur-olsun, türkləri Avropa Birliyinə yaxın buraxmamaqdır. Onsuz da Türkiyə rəhbərliyi, xüsusilə Ərdoğan bunu qulaqardına vurur. O, dünən Ankara hava limanında Astanaya yola düşməzdən öncə demişdi ki, Qərbdən gələn sədaları bir qulağından alıb digər qulağından bayıra buraxır. Elə yalançı “soyqırım”la bağlı Avropa Parlamentinin və digər ölkələrin çıxardıqları qərarlar da qulaqdan çıxan “səs” kimi səssizliyə doğru yönəlib və onların oradan qayıtması İstanbulun yenidən Konstantinopol olması kimi xülyaya bərabərdir”.
Emin Piri:
“Avropa Parlamentinin və Roma papasının “erməni soyqırımı”nı tanımasında qəribə heç nə görmürəm. Nə etməliydilər ki? Təbii ki, hər dövlət və qurum özünə sərf edən qərarları qəbul etməlidir. Həqiqət deyilən bir şey isə dünyada yoxdur. O şey həqiqətdir ki və ya o yalan həqiqətə çevrilir ki, onun arxasında daha böyük güclər dayanır. Sadəcə, türk tarixçilərin uduzmaqlarının bir səbəbi var. Bu da ki, düzgün rakursdan yanaşa bilməməmələridir. Bəli, həmin dövr 300 minə yaxın erməni müharibə gedişində ölüb. Amma necə ölüb, hansı səbəbdən ölüb kimlər öldürüb, bu araşdırılmalıdır. Bizim tarixçilər yanlış yolla getdikləri üçün uduzurlar. Halbuki, o 300 minin hansı səbəbdən buxarlandığını ortaya qoysaydılar, indi bu cür biabırçı vəziyyətə düşüb aciz durumda qalmazdılar”.
Rüfət Əhmədzadə:
“Sadəcə, deyə bilərəm ki, 1453-dən bu yana Avropanın da, Romanın da siyasəti dəyişməz qalıb. Dünya gündəmində dini qruplaşmalar və ekstremizm məsələsi gündəmə gəlir, nəticədə xristian dünyasında tarixi ekspensionizm genləri də oyanır. Məqsəd bəllidir, qardaşlar və bacılar! Mən də çox istərdim ki, ermənilərlə sülh içində olaq. Amma xalqlarımızın, dövlətlərimizin tarix boyu bu cür "tavana oturdulması", nələrəsə məcbur edilməsi bizi işıqlı dünyaya çıxarmayacaq. İslam dünyası cəhalətə qərq olub, amma xristian dünyası heç də ədalətlə göz qamaşdırmır. Qarabağla bağlı da bu cür "ədalət və barışıq" çağırışları səslənsə, biz günahkar çıxarılsaq... Qəti heyrətlənmərəm. Bu mövzuların ədəbiyyatdakı təzahürü isə eyni cür siyasi ehtiyat tələb edir. Bu mövzuda yazan yazıçı əvvəlcə yaxşı siyasətçi olmalıdır, min ölçüb bir biçməlidir. Sülh sevgisiylə iş bitmir”.
İkinci Mahmud:
“Düzünü desəm, tarixi faktı dəqiq bilmirəm. Bilirəm ki, həmin dövrdə həqiqətən də, ermənilər qətl ediliblər. Amma bilmirəm ki, bunu “soyqrım” adlandırmaq olar, ya yox. Bunu tarixçilər araşdırmalıdır. Özü də azad şəkildə, siyasi ideologiyadan kənar. Papanın başını belə işlərə soxmağı gülüncdür, xristian təəsssübkeşliyi hiss edilir. Getsin, ibadətini etsin. Bu, belə. Avropa Parlamentinin qərarı barədə isə heç nə deyə bilmərəm. Hər halda, hardasa, nə vaxtsa, kimsə dinc əhalini qırıbsa, buna görə cavab verməlidir”.
Kəramət Böyükçöl