24 Aprel 2015 15:07
6 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

“O saytlara aparan yolları bağlamaq lazımdır”

Ötən həftə millət vəkili Elmira Axundova parlamentin iclasında deyib ki, Azərbaycanda girişi mümkün olan və pullu seks xidməti təklif edən saytlar fəaliyyət göstərir.

Deputat təklif edib ki, internetdə fəaliyyət göstərən və müxtəlif ölkələrə məxsus olan pornonu təbliğ edən və yayan, gənclərə aqressivlik aşılayan, yeniyetmələrin mənəviyyatını korlayan və digər bu xarakterli saytların fəaliyyətini qanunvericiliklə məhdudlaşdıraq və ya tamamilə qadağan etmək lazımdır.

Millət vəkli bildirib ki, internetdə sərbəst fəaliyyət göstərən müxtəlif dövlətlərə məxsus əxlaqsız saytların xidməti bizim yeniyetmələrə çatmasın. Bu, ən azından 95 faiz əhalisi müsəlman olan ölkəyə yaraşmır. Bir sıra dövlətlər – Türkiyə, Rusiya belə məhdudiyyətləri tətbiq etməyə başlayıblar”.

Teleqraf.com məsələ ilə bağlı gənc yazar Ömər Xəyyamın fikirlərini təqdim edir:

“Deputat xanımla ikiəlli razıyam. Di gəl ki, xanım müsəlman çərçivəsindən baxıb məsələyə. Bu cür saytlar psixoloji təsir edir. Davamlı porno izləyiciləri bir müddətdən sonra normal seksdən zövq ala bilmir. Bioloji tələbatını ödəmək üçün izlədiyi və qeyri-ixtiyari alt şüuruna gömülən hərəkətləri yataq otağında tətbiq etməyə başlayır. Buna hazır olmayan qarşı tərəfin etirazı xoşagəlməz son gətirir. Daimi mastrubasiya eləyən gənclərdə beyin inkişafı dayanır, yadaşsızlıq sindromu və nevroz ortaya çıxır.

Erkən yaşlarından porno video izləyənlərin əksəriyyəti gələcəkdə cinsi zəiflikdən əziyyət çəkirlər. Qadınla seks zamanı orqazm və ereksiya əziyyəti çəkən kişi erotik hekayədən və pornovideodan asanlıqla ehtiraslanaraq xəstəyə çevrilir. Azad seksin olmadığı cəmiyyətlərdə gənclərin yönəldiyi bu tip saytların reytinqini seksə ac, fantaziyalarını gerçəkləşdirə bilməyənlər verməkdədir.

Deputat Elmira xanımın nəzərdə tutduğu ölkələrdə qadağan olunmuş saytlara giriş ststiskaya görə digər ölkələrdən daha çoxdu. Çox sadə. İnsan psixologiyası yasaqlanmışa meyillidir. Azad seksin olmadığı ölkələrdə cinsi azlıqlar daha çox mövcuddur. Bioloji tələbat kişini ehtiyacını kişiylə ödəməyə məcbur edəcək qədər güclüdü. Bu, qadına da aiddir.

Normal cəmiyyətin ilk dayaq nöqtəsi ailədir. Üzünə yeni civzə çıxmağa başlayan yeniyetmə(oğlan, qız) valideyin tərəfdən düzgün istiqamətləndirilməlidir. Atam məni 9-cu sinifdə tv-lərin birində alayarımçıq erotik film izlədiyim üçün ev dustağı etmişdi. Bu avtomatik əks təsir göstərir. Bir saat əvvəl şüursuz şəkildə izləyirdimsə, indi marağım daha da artacaq və gecə yorğanın altında mütləq əxlaqsız hərəkətlərlərlə davam eləyəcəm.

Dini baxımdan kişi-qadın münasibəti sırf dünyaya uşaq gətirmək üçündür. Bu prinsiplə bir neçə poza sıradan çıxmalı və qadın sadəcə ana olmaqla kifayətlənməlidir. Bununla da razılaşmaq olmur. Seks ən gözəl təbii həzzdir. Saytların ləğv edilməsi bilirsən mənə nə xatırlatdı? Təsəvvür elə başın ağrayır, qaçırsan aptekə, ağrıkəsici alırsan, müvəqqəti sakitləşirsən. Sabah yenə ağrı, yenə aptek... Bir gün ölürsən, məlum olur ki, səndə beyindaxili təzyiq varmış.

Yəni məsələnin səbəbinə, kökünə enmək lazımdı. Bu tip saytların bağlanmağına qədər daha vacib işlər görmək olar ki, faydası olsun. Guya bağlansa nə olacaq? O saytlara aparan yolları bağlamaq lazımdı. Məsələn, mən özüm elə bu yaxınlarda videoların birindən öyrəndim ki, qızla-qız öpüşürmüş”.

Kəramət Böyükçöl


Müəllif:

Oxşar xəbərlər