15 May 2015 11:11
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Televiziya və Radiosunun Musiqi Kollektivləri Avropa Oyunlarına öz töhfələrini veriblər.

Belə ki, Tofiq Əhmədov adına estrada-simfonik orkestrinin və Cahangir Cahangirov adına xorun müşayiəti ilə “İlk Avropa Oyunları”, “Zəfər nəğməsi” mahnıları bu yaxınlarda işıq üzü görüb.

Sözləri polkovnik Abdulla Qurbaniyə, musiqisi gənc bəstəkar Nigar Qarayevaya məxsus mahnıları gənc müğənnilər ifa edib. “Zəfər nəğməsi”nin ifaçısı Ramil Qasımov, “İlk Avropa Oyunları” mahnısının ifaçıları isə Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Ayşən Mehdiyeva, Günay İmamverdiyeva, Orxan Hüseynli, Sərxan Bünyadzadədir.

Qeyd edək ki, musiqisi Eldar Mansurov və Azad Zahid, sözləri Vahid Əzizə məxsus Avropa Oyunlarına həsr olunan iki yeni musiqi nömrələri bu yaxınlarda tamaşaçılara təqdim olunacaq.

Nərmin


Müəllif: