Pablo Pikassonun nəvəsi Kannda yerləşən evlərini satışa qoyub.
Teleqraf.com xəbər verir ki, görkəmli rəssamın nəvəsi evi satmaq səbəbi kimi evlə bağlı xoşagəlməz uşaqlıq xatirələrinin olmasını göstərib. 64 yaşlı Mariya Pikasso qeyd edib ki, bu evlə bağlı heç bir xoş xatirəsi yoxdur: "Babamı çox nadir hallarda görürdüm. O özü və yaradıcılığı ilə çox məşğul idi. Lakin uşaq olanda bunları qəbul etmək çətin olur".
Qeyd edək ki, sözügedən malikanəyə 110 milyon ABŞ dollarına alıcı tapılıb.
Teleqraf.com fotoları təqdim edir:
Rüstəm