5 Avqust 2015 18:19
2 720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı fotoqraflardan ibarət qrup dünyanı gəzir və quş uçuşu yüksəkliyindən epik panoram fotolar – Airpano şəkillər çəkir.

Layihə çərçivəsində çəkilmiş fotolarda siz dünyanın görməli yerlərinə tamamilə gözlənilməz rakursdan baxa bilərsiniz.

Teleqraf.com fotoları təqdim edir:

1. Westerdok yaşayış rayonu, Amsterdam, Niderland.

Bu yaşayış rayonu şəhərin mərkəzindən qərbdə yerləşir: rayon köhnə portun yerində tikilib.

Dünya şəhərləri quş uçuşu yüksəkliyindən – Fotolar

2. Vasiliy Blajennıy kilsəsi, Moskva, Rusiya.

Moskvada Qırmızı meydanda yerləşən pravoslav məbədi, Rusiya memarlığının tanınmış abidəsidir.

Dünya şəhərləri quş uçuşu yüksəkliyindən – Fotolar

3. Mərkəzi park, Nyu-York, ABŞ.

ABŞ-da ən böyük və tanınan parklardan biri, Manhetten adasında 59-cu və 110-u küçə ilə 5-ci və 8-ci avenyu arasında yerləşir və düzbucaqlı formasındadır.

Dünya şəhərləri quş uçuşu yüksəkliyindən – Fotolar

4. İquasu Fols şəlaləsi, Argentina və Braziliya.

Dünyanın ən böyük təbiət möcüzələrindən biridir. İquasu şəlaləsi İquasu çayının şəlaləsidir və Braziliya, Paraqvay və Argentina sərhədlərinin yaxınlığında yerləşir.

Dünya şəhərləri quş uçuşu yüksəkliyindən – Fotolar

5. Dubay Marina, BƏƏ.

Dubay Marina rayonu - planetdə ən böyük tikililərdən biridir və hətta kosmodan belə görünür.

Dünya şəhərləri quş uçuşu yüksəkliyindən – Fotolar

6. Drakon şəlaləsi, Venesuela, Cənubi Amerika.

Drakon şəlaləsi dünyanın ən böyük şəlaləsi Anheldən 10 km cənubda yerləşir və onunla bir vadini bölüşür. "Drakon" adı yerin altında sanki mifik varlığın quyruğu kimi əyrilən nazik xətlər davam edən su axınının adı ilə bağlıdır.

Dünya şəhərləri quş uçuşu yüksəkliyindən – Fotolar

7. Barselona, İspaniya.

Kataloniya əyalətinin paytaxtında yerləşən bu rayon Eşample və ya "Yeni şəhər" adlanır.

Dünya şəhərləri quş uçuşu yüksəkliyindən – Fotolar

8. Halonq körfəzi, Vyetnam.

Vyetnamın ən populyar yerlərindən biridir.

Dünya şəhərləri quş uçuşu yüksəkliyindən – Fotolar

9. Zəfər tağı, Paris, Fransa.

Zəfər tağının əsası Parisdə Napoleon Bonapartın göstərişi ilə Austerlits döyüşündən sonra qoyulub.

Dünya şəhərləri quş uçuşu yüksəkliyindən – Fotolar

11. Flaminqolar, Boqoriya gölü, Keniya.

Boqoriya gölü kiçik flaminqoların ən sıx yaşadığı yerlərdən biridir. Keniyadakı vulkanlardan birinin kraterində yerləşən bu gözəl göl Nakuru milli parkının bir hissəsidir.

Dünya şəhərləri quş uçuşu yüksəkliyindən – Fotolar

12. Yokulsarln buz gölü, İslandiya.

İslandiyada ən böyük buz gölü ölkənin cənub-şərqində yerləşir.

Dünya şəhərləri quş uçuşu yüksəkliyindən – Fotolar

Rüstəm


Müəllif:

Oxşar xəbərlər