Həmkarları xalq artisti Muxtar Manıyevi ziyarət ediblər.
Teleqraf.com xəbər verir ki, bu haqda sosial şəbəkədə əməkdar artist Naihdə Orucova məlumat verib və fotolar paylaşıb: “Görkəmli sənətkarımız, xalq artisti Muxtar Manıyevə xəstənada baş çəkdik. Allah şəfa versin, yastığı yüngül olsun. Həyat yoldaşına Allahdan səbr diləyirəm. İnşallah, evində görüşənədək”.
Saytmıza açıqlamasında Nahidə Orucova onu da qeyd etdi ki, xalq artistinin sol ayağı topuq nahiyəsindən kəsilib: “Muxtar Manıyev çox stress, şok keçirib. Həkim dedi ki, əməliyyatdan sonra stressdən çox gec çıxa bilər. Bir-iki günə xəstəxanadan çıxmalıdır. Muxtar müəllim hələ ki, danışa bilmir. Amma bizi gördükdə gözlərini açdı, sevindi. Xəstəxanaya mənimlə birlikdə Nuriyyə Əhmədova, Həmidə Ömərova və Sona Mikayılova da getmişdi”.
Rəqsanə Həsənova