Bu gün əməkdar incəsənət xadimi Tahir Əkbər başından əməliyyat olunacaq.
Bəstəkarın həyat yoldaşının Teleqraf.com-a açıqlamasına görə, hazırda əməliyyat üçün hazırlıq gedir: “Başında hematoma var, qan yığılıb. Ona görə başında ağrılar başladı və həkimlər tez bir zamanda əməliyyat ediləcəyini dedilər. Söz veriblər ki, Allahın köməkliyi ilə yaxşı olacaq”. Aybəniz Haşımova, millət vəkili Aydın Mirzəzadə və bir neçə millət vəkilləri kömək edirlər, sağ olsunlar".
Qeyd edək ki, T. Əkbər Nervocərrahiyyə xəstəxanasındadır və saat 12.00-da əməliyyat ediləcək.
Rəqsanə Həsənova