29 Sentyabr 2015 18:16
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

107-ci Teatr mövsümünə uğurla başlayan Azərbaycan Dövlət Opera və Balet Teatrı bu mövsümdə də tanınmış vokal və balet sənəti ulduzlarının iştirakı ilə bir-birindən maraqlı tamaşalar təqdim edəcək.

Bu barədəteatrın mətbuat xidmətinin rəhbəri Şükufə Mirzəyeva Teleqraf.com-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu sıradan ilk tamaşa oktyabrın 9-da baş tutacaq “Jizel” baleti olacaq: “Adolf Adanın “Jizel” baleti dünya balet sənətinin incilərindən sayılır və bir çox aparıcı teatrların repertuarını bəzəyir. Opera və Balet Teatrının repertuarına uzun illərdən bəri daxil olan bu tamaşada baş rollarda teatrın aparıcı solistləri ilə yanaşı, vaxtaşırı məşhur balet ulduzları çıxış edirlər. Oktyabrın 9-da keçiriləcək tamaşada Jizel rolunu Ukrayna Milli Operanın prima-balerinası Olqa Qolitsa, Alfred rolunu isə Çexiyalı balet ulduzu Van Yan ifa edəcək”.

Qeyd edək ki, Olqa Qolitsa Ukraynanın əməkdar artisti, balet artistlərinin bir neçə beynəlxalq müsabiqəsinin qızıl medalının sahibidir. Almaniya, Avstriya, İtaliya, Belçika, ABŞ, Fransa, Yaponiya, Hollandiya, İspaniyada uğurlu qastrol səfərlərində olub. Xarici KİV-ləri və teatr tənqidçiləri onun balet artisti üçün vacib olan ən yüksək göstəricilərə, səhnə görkəmi və artistizmə malik olduğunu hər zaman qeyd edirlər. Onun tərəfmüqabili Van Yan balet artistlərinin beynəlxalq müsabiqələrinin qalibi kimi vətəni Çexiyada kifayət qədər tanınmış sənətçidir. Bununla yanaşı o, Ukrayna Milli operasında kontraktla çalışır və dünyanın bir sıra ölkələrində qastol səfərlərində olur.

Nərmin


Müəllif:

Oxşar xəbərlər