Nyu-Yorkda Manhetten ərazisində, Medison prospektində yerləşən "The Mark" otelində dünyada ən bahalı penthausu açılıb. 5 yataq otağından ibarət nömrənin gecəsi qonaqlara 75 min dollara başa gələcək.
Teleqraf.com buro247-yə istinadən xəbər verir ki, "The Mark" otelindəki penthaus ABŞ-ın ən bahalı premium-klass nömrəsidir. Penthausun ərazisinə Mərkəzi park və Kraysler-bildinqə panorama mənzərəsi açılan 223 metrlik terras daxildir. Nömrənin içərisindəki hər bir mebel əşyası fransalı dizayner Jak Qranjın individual sifarişi üzrə yaradılıb. Penthausda yataq otağı, qonaq otağı, 24 nəfərlik yemək otağı və qarderob zonası var. Eləcə də qonaqlar "Mişlen" restoranının baş aşpazının hazırladığı şam yeməyini sifariş edə bilərlər. Otel təmsilçilərinin sözlərinə görə, penthaus ilk növbədə Yaxın Şərq və Asiyadan olan VIP-ziyarətçilər üçün nəzərdə tutulub.
Teleqraf.com fotoları təqdim edir:
Rüstəm