İnsanlar azadlığa, sülhə, dini inanclarına olan sevgilərini göstərmək üçün möhtəşəm abilədər yaradıblar.
Teleqraf.com xarici mətbuata istinadən dünyanın ən böyük abidələrini sizə təqdim edir:
1. Ana Vətən - Abidənin müəllifi heykəltəraş Yevqeni Vuçetçiv və mühəndis Nikolay Nikitin olub. 1967-ci ildə açılışı olan abidənin hündürlüyü 85 metrdir.
2. Azadlıq Heykəli - Nyu-Yorkda yerləşən abidənin müəllifi Frederik Bartoldidir. Abidənin hündürlüyü dayağı ilə birlikdə 93 metrdir.
3.İsa Məsih - Bu abidə Rio de Janeyroda yerləşir. Abidənin hündürlüyü 38 metrdir.
4. Lenin - SSRİ-nin rəhbəri olmuş Leninə həsr olunan heykəlin hündürlüyü 27 metrdir. Abidənin müəllifi isə İliçadır. Heykəl Volqoqrad şəhərində yerləşir.
5. Budda - ən böyük Budda abidəsi Çində yerləşir. Abidənin ümumi hündürlüyü 153 metrdir. Bu abidə hündürlüyünə görə Ginnesin rekordlar kitabina düşüb.
Rüstəm