2 Fevral 2016 23:51
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur rejissor Ceyms Kemeron “Avatar” trilogiyasının ilk hissəsinin çəkilişlərinin bu ilin aprelində başlayacağını bildirib.

Filmin çəkilişləri Yeni Zelandiyada həyata keçiriləcək. Müəlliflər filmin ilk hissəsinin 2016-cı ilin dekabrında nümayiş etdirilməsini planlaşdırsalar da, hər 3 seriyanın eyni vaxtda çəkilməsi premyeranı gələn ilə qədər təxirə salıb.

Qeyd edək ki, Sem Uortinqton və Zoi Saldanonun baş rol aldığı “Avatar” filmi 2009-cu ildə ekranlara çıxıb və dünya üzrə 2,8 milyard dollar qazanc əldə edərək ən çox gəlir gətirən film adına layiq görülüb. 9 nominasiyada Oskara namizəd olan film yalnız - ən yaxşı operator işi, ən yaxşı vizual effektlər və ən yaxşı rəssam işində qalib gəlib.


Müəllif:

Oxşar xəbərlər