17 Fevral 2016 18:45
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı Əkrəm Əylisli son günlər ədəbi gündəmdən düşməyən müsahibəsi ilə bağlı Teleqraf.com-a açıqlama göndərib. Açıqlamanı təqdim edirik.

- Bu gün saytınızda mənim adımdan verilmiş belə bir cümləyə rast gəldim: "Əsərdə çobanla raykom katibi çətin dildə danışır”. Məcbur oldum o cümləyə aydınlıq gətirim. Seymur Baycana verdiyim müsahibədə mənim adımdan deyilən bu sözlər təkcə təhrif deyil, həm də absurddur. Buna görə də fikrimi dəqiqləşdirməyə ehtiyac duydum. Mən həmin müsahibədə demişəm ki, Çingiz Aytmatovun “Əlvida, Gülsarı” əsərində adi bir çobanla raykomun birinci katibi eyni adam kimi danışır. Yəni çobanın danışıq tərzi raykomun birinci katibinin danışıq tərzindən heç nə ilə fərqlənmir. Buna görə mən məcbur olub tərcümə zamanı əsərin üslubunda bəzi dəyişikliklər etməli oldum.

Mətləb bundan ibarətdir. Yoxsa mənim başıma at təpməyib ki, Aytmatov kimi bir yazıçının əsərini yenidən yazdığımı iddia edim. Qaldı ki, “çətin dildə danışır” ifadəsinə, bu diktofondan köçürüldükdə buraxılan texniki səhvdir.


Müəllif:

Oxşar xəbərlər