Avstriya Milli Olimpiya Komitəsi Bakı 2015 ilk Avropa Oyunlarında mübarizə aparacaq idmançıları müəyyənləşdirib.
Teleqraf.com xəbər verir ki, Avstriyanı Azərbaycanda 145 idmançı təmsil edəcək. Heyətdə yer alan 15 idmançı Yay Olimpiya Oyunlarının iştirakçısıdır.
Avstraliyalı idmançılar yarışda badminton, çimərlik voleybolu, boks, kanoe, velosiped, suyatullanma, qılıncoynatma, gimnastika, cüdo, karate, sambo, atıcılıq, üzgüçülük, stolüstü tennis, triatlon və güləş yarışlarında mübarizə aparacaqlar.