“Strasburq, Hamburq, Berlin, Praqa, Brno, Serged şəhərlərində veloyürüş oldu”
Bakıda keçiriləcək I Avropa Yay Oyunları ilə bağlı “İctimai Liderlərin Məşvərət Məclisi” İctimai Birliyi Avropanın bir neşə şəhərində təbliğat xarakterli tədbirlər təşkil edib, veloyürüşlər keçirib, Hamburqda illik qaçış marafonuna qoşulub. Avropada göstərdikləri təbliğat fəaliyyəti haqda suallara təşkilatın sədri Həsən Şıxəliyev cavab verib.
- Bakıda keçiriləcək I Avropa Yay Oyunları ilə bağlı Avropada təbliğat aparmısınız. Bu haqda məlumat verə bilərsinizmi?
- Azərbaycanda müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənəvi hal alıb. Bildiyiniz kmi bir aydan sonra Bakıda I Avropa Yay Oyunları keçiriləcək.Bu olduqca əhəmiyyətli hadisədir. Biz də vətənimiz qarşısında özümüzə borc bilib əlimizdən gələni edir, bu işə töhvəmizi veririk. “İctimai Liderlərin Məşvərət Məclisi” İctimai Birliyi olaraq bu istiqamətdə müəyyən fəaliyyətimiz olub. I Avropa Yay Oyunlarına dəstək məqsədilə 20 aprel 2015-ci iltarixdə Paris şəhərində start götürmüş və Strasburq, Hamburq, Berlin, Praqa, Brno, Serged şəhərlərində veloyürüş keçirdik. Parisdə biz təkcə veloyürüş yox, eyni zamanda insanların sıx olduğu yerlədə Avropa oyunları ilə bağlı təbliğat materialları paylayaraq onlara Azərbaycan haqqında məlumatlar verdik. Qeyd etmək istəyirəm ki, Fransada Azərbaycana qarşı çox gözəl münasibət var. Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında Ulu Öndər Heydər Əliyev çox böyük işlər görüb. Bu gün də Respublika Prezidenti və Birinci Xanım bu missiyanı uğurla davam etdirirlər. Düşünürəm ki, bizlər də bu yolda müəyyən işlər görməliyik. Bu məqsədlədə biz belə bir tədbirin həyata keçirilməsinə qərar verdik. Parisdən sonra biz Fransanın Strasburq şəhərinə getdik. Strasburqda 20-24 aprel tarixlərində AŞPA-nın növbəti yaz sesiyası keçirilirdi. Bizdə sesiyada iştrak etdik və sesiyaya müxtəlif dövlətlərdən gələn mediya və QHT nümayəndələrinə təbliğat materialları payladıq. Eyni zamanda Strasburqda velo-yürüşümüzüdə davam etdirdik. 24 apreldə ermənilər qondarma soyqrımları ilə bağlı tədbirlər keçirirdilər. Biz Azərbaycan bayrağı ilə şəhərdə velo-yürüş həyata keçirdik. Həmdə deyim ki, bundan çox böyük qürur duyduq. Daha sonra 25 apreldə Hamburq şəhərinə yollandıq və 26 aprel tarixində Hamburqda keçirilməsi nəzərdə tutulan 30-cu marafonda iştrak etdik.
- Söhbət hansı marafondan gedir?
- Hamburqda hər il belə bir marafon keçirilir. Bu artıq ənənə halını alıb. Qeyd etmək istəyirəm ki, bu dəfəki marafonda 25600 iştrakçi 42 kilometr 192 metr ənənəvi məsafəni qaçacaqdı. Biz də bu məsafəni Azərbaycan bayrağı ilə qaçdıq və finişə çatanda aparıcı "Azərbaycan" deyəndə cox fərəh hissi keçirdik. Qaçmaq çətin idi, yağış da yağırdı. Ancaq Avropada Azərbaycan sevgisi,vətəndaş borcu bizi axıra qədər qaçmağa ruhlandırdı. Biz təbliğat kampaniyamızı daha sonra Berlin, Praqa, Brno və Serged şəhərlərində də davam etdirdik. Qeyd etmək istəyirəm ki, Macarıstanın Seged şəhərində 1 mayla bağlı bayram tədbirləri kecirilirdi. Bura Rumuniya və Macarıstanın müxtəlif şəhərlərindən çoxlu sayda qonaqlar gəlmişdi. Biz də bu fürsəti dəyərləndirdik və təbliğat materiallarızdan insanlara payladıq, Azərbaycan və I Avropa Oyunlarının rəmzləri, ən əsası Azərbaycan bayrağı ilə bayram təbirində iştrak etdik. İnsanlar özləri yaxınlaşıb bizimlə şəkil çəkdirirdilər. Bütün bu fəaliyyətimizdə məqsəd Avropada insanlar arasında I Avropa Yay Oyunlarını təbliğ etmək, onları bu idman yarışlarında iştiraka səsləmək, bu tədbirdən zövq alacaqları mesajını vermək idi. Hesab edirəm ki, fəaliyyətimizin nəticəsi oldu.
- Bu kimi aksiyalarınız davam edəcəkmi?
- Bu aksiyanın davamı olaraq Avstiyanın paytaxtı Vyana şəhərində keçiriləcək “Avroviziya” mahnı yarışmasında üzvlərimiz iştrak edib ziyarətçilər arasında təbliğat işləri aparacaq, Azərbaycanın inkişafı, zəngin mədəniyyəti, I Avropa Oyunları barədə məlumatlar yayacaq və o insanları Avropa Oyunlarna dəvət edəcək. Bildiyimiz kimi 19-23 may tarixlərində keçiriləcək mahnı yarışmasında müxtəlif dövlətlərdən yüz minlərlə insanın iştrakı gözlənilir. Təbliğat işlərimiz gələcəkdə də davam edəcək. Ölkəmizin təbliği üçün vətəndaş olaraq bu yolda dövlətimizin apardığı siyasi kursu dəstəkləyəcəyik.
Nemət