14 May 2015 13:30
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İlk Avropa Oyunları Azərbaycanın dünyada geniş təbliği üçün əla imkandır”.

Teleqraf.com Trend-ə istinadən xəbər verir ki, bunu Kanadanın “İnter Action Council” təşkilatının baş katibi Tomas Aksvorsi deyib.

O bildirib ki, Azərbaycan bir çox istiqamətlərdə bu Oyunlardan uzunmüddətli faydalar götürəcək.

T.Aksvorsi vurğulayıb ki, ilk Avropa Oyunları idman tarixində bir yenilik olduğu üçün buna daha böyük diqqət göstəriləcək:

“Bundan əlavə Oyunlar televiziya vasitəsilə dünyanın bir çox ölkələrində yayımlanacaq və 100 milyonlarla insan bu Oyunlara tamaşa edəcək. O cümlədən, Oyunları izləmək üçün Azərbaycana on minlərlə turist gələcək. Təbii ki, bunlar Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək. Dünyanın bir çox ölkələrində çox sayda insan Azərbaycan haqqında, onun turizm potensialı barədə geniş məlumat əldə edəcək, Azərbaycana gəlmək istəyəcəklər ki, bu da ölkədə turizmin genişlənməsinə şərait yaradacaq”.

T.Aksvorsi vurğulayıb ki, İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi eyni zamanda, ölkənin beynəlxalq imicinin yüksəlməsinə də səbəb olacaq. Onun sözlərinə görə, bu Oyunlar Azərbaycanın həm regionda, həm də dünyada daha möhkəm mövqe tutmasına imkan verəcək.


Müəllif: