16 May 2015 13:12
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin IV konfransı keçirilir.

Teleqraf.com-un məlumatına görə, tədbirdə hesabat məruzəsi ilə çıxış edən Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Avropa Oyunlarının Bakıda keçirilməsi regionun lider ölkəsinə çevrilən Azərbaycanın qələbəsidir.

Onun sözlərinə görə, son illər gələcəyə istiqamətlənmiş, cəmiyyətin hər bir üzvünü əhatə edən sosial yönümlü tədbirlərin həyata keçirilməsi ölkədə rifah səviyyəsini yüksəldib: "Ölkəmizin seçdiyi yol düzgündür və bu yol bizi uğura aparır. Partıya sıralarında gənclərin sayı üstünlük təşkil edır. Azərbaycan gənclərinin qarşısında dövləti, onun maraqlarını qorumaq, aparılan islahatlarda iştirak etmək kimi vəzifələr dayanır".

Gənclər Birliyinin sədri deyib ki, YAP-ın gənc üzvlərinin sayı 250 min nəfərdən çoxdur: "Ümumilikdə YAP-ın bütün üzvlərinin 40 faizini gənclər təşkil edir. Gənc üzvlərin 120 mindən çoxu ali təhsilli, 50 mindən çoxu ali və orta ixtisas təhsili müəssisələrinin tələbəsidir. Üzvlərin 880 nəfərdən çoxu idman sahəsində müxtəlif titullara layiq görülüb".

S.Orucov bildirib ki, ötən illər ərzində partiyanın gənc üzvləri tərəfindən Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün müxtəlif tədbirlər həyata keçirilib.


Müəllif: