“Bakı-2015” birinci Avropa Oyunlarında iştirak edəcək litvalı idmançılar mayın 21-də Azərbaycana gələcəklər.
Teleqraf.com xəbər verir ki, Litva birinci Avropa Oyunlarında 72 idmançı ilə təmsil olunacaq.
Litva Boks Federasiyasının baş katibi Antanas Areska ilk Avropa Oyunlarına güclü heyətlə qatılacaqlarını və medallara iddialı olduqlarını açıqlayıb.
Litva Kayak və Kanoe Federasiyasının prezidenti Egidijus Balciunas da idmançılarının ilk Avropa Oyunlarında ciddi rəqib olduqlarını diqqətə çatdırıb.
Litvalı atletlər iyunun 12-dən 28-dək Bakıda kamandan oxatma, badminton, 3x3 basketbol, çimərlik voleybolu, boks, kanoe, velosiped, gimnastika, cüdo, sambo, atıcılıq, üzgüçülük, stolüstü tennis, triatlon və güləş yarışlarında birincilik uğrunda mübarizə aparacaqlar.