25 May 2015 11:04
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

“I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkə üçün mühüm əhəmiyyət kəsb edir və bu barədə qəbul edilmiş qərar heç də təsadüfi deyildi”.

Bunu Trend-ə Avropa Şurasının Demokratik vətəndaşlıq və iştirak bölməsinin direktoru Jan-Kristof Bas deyib.

J.K.Bas vurğulayıb ki, bu Oyunlar Azərbaycan üçün böyük faydalar gətirəcək: “Hesab edirəm ki, Oyunlara tamaşa etmək üçün birinci dəfə Azərbaycana gələn çoxlu sayda insanlar mədəni irsə, tarixə malik, ənənələrin və müasirliyin birləşdiyi bir ölkəni kəşf edəcəklər. Azərbaycan haqqında dünyada daha geniş məlumat yayılacaq ki, bu da ölkənin turizm sənayesinin inkişafına, eyni zamanda beynəlxalq imicinin güclənməsinə imkan verəcək”.

J.K.Bas əlavə edib ki, Azərbaycanın I Avropa Oyunlarına ev sahibliyi etməsi ölkənin beynəlxalq sülhə və sabitliyə verdiyi töhfənin davamıdır: “Azərbaycan Avropadan və dünyadan insanların bir araya gələrək idman bayramını qeyd etmək üçün gözəl şərait yaradır”.


Müəllif:

Oxşar xəbərlər