Yunan-roma güləşi üzrə Rusiya yığmasının baş məşqçisi Qoqi Koqoaşvili birinci Avropa Oyunlarında iştirak edəcək komandasının heyətini açıqlayıb.
Dünya çempionu Çingiz Labazanov (75 kq çəki dərəcəsində) komandanın lideri olacaq.
Yunan-Roma güləşi üzrə Rusiya yığmasına aşağıdakı idmançılar daxil olublar: Stepan Maryanyan (59 kq), Avropa Xalqları Kubokunun (2014) qalibi və builki dünya çempionatının gümüş mükafatçısı Artyom Surkov (66 kq), Rusiyanın və Avropa Xalqları Kubokunun qalibi Yuri Denisov (71 kq), Rusiya çempionu və Avropa Xalqları Kubokunun qalibi Yevgeni Seleyev (80 kq), David Çakvetadze (85 kq), Rusiya çempionu İslam Maqomedov (98 kq) və Sergey Semyonov (130 kq).
AzərTAc