9 İyun 2015 12:17
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 12-də keçiriləcək Bakı 2015 Avropa Oyunlarının Açılış Mərasiminin hazırlıq prosesindən yeni görüntü yayımlanıb.

Bakı Olimpiya Stadionu əyləncə və idmanın həyatda bir dəfə yaşanacaq nümayişi ilə parlaq şəhərin bütün mədəniyyət və tarixini sərgiləməyə hazırdır.

Bakı 2015-in möhtəşəm Açılış Mərasimində Azərbaycanın milli mədəniyyəti və Bakı şəhərinin müasir Avropadakı əhəmiyyətli yeri təntənəli surətdə qeyd olunacaq. Bədii rəhbəri Dimitris Papaioannounun olduğu mərasimdə 2 mindən çox səhnə iştirakçısı sehrli şou nümayiş etdirəcək.

Birinci Avropa Oyunlarının Açılış Mərasimi iyunun 12-də, yerli vaxtla axşam saat 9-da başlayacaq. Mərasim az.baku2015.com saytında və bütün dünyada canlı nümayiş olunacaq və bütün dünyada televiziyalar vasitəsilə mərasimin canlı nümayişinə baxa bilərsiniz.


Müəllif: