10 İyun 2015 10:26
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lukas Matis oyunçuların bütün çətinliklərin öhdəsindən gələcəyinə inanır.

Teleqraf.com xəbər verir ki, Avropa Oyunlarının ilk iki günü ərzində kişilər və qadınlar arasında triatlon yarışı üzrə medallar uğrunda mübarizənin yaxşı nəticələr göstərəcəyi gözlənilir.

Triatlon yarışının rəhbəri çexiyalı Lukas Matis oyunlar üzrə marşrut istiqamətinin düz olması qənaətindədir. Bununla yanaşı o, yarışların çətinliyini də vurğulayır.

"Bakının küləkli havası suyu dalğalandırdığı üçün digər marşrutlara nisbətən burada üzmək olduqca çətinləşir. Ümumilikdə, bu çox yaxşı marşrutdur. Lakin bəzi bölmələr idmançıların bacarıqlarını sınağa çəkəcək və yarışı izləmək maraqlı olacaq. Yarışın sürətli olması gözlənilir".

Matis əmindir ki,14 iyun tarixində medallar uğrunda yarışacaq rusiyalı qardaşlar Dmitri və İqor Polyanski, ispaniyalı cütlük Fransesk Qodoy və Fernando Alarza kimi güclü üzgüçülər baş verəcək çətinliklərin öhdəsindən gələcəklər.

Onun fikrincə, oyunçu Alarza yaxşı üzgüçü və qaçışçıdır və yarışın marşrutu onun üçün əlverişlidir.

Lukas Matis 2012-ci il Olimpiya Oyunlarında yeddinci olmuş rusiyalı Aleksandr Bryuxanov və Rostislav Pevtsovu potensial medalçı adlandırıb .

Çexiyalı rəhbər, Bakı 2015 ilk Avropa Oyunları üzrə 13 iyun tarixində qadınlar arasında keçiriləcək yarışda London Olimpiya Oyunlarında qızıl və gümüş medal sahibi isveçli Nikola Spiriq və Liza Nordeni, həmçinin 2012-ci ildə Londonda ilk dördlüyə düşmüş Aylen Reidi 13 iyunda qadınlar arasında keçiriləcək yarışda favorit hesab edir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər