11 İyun 2015 15:15
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Bakı 2015 Birinci Avropa Oyunları üçün akkreditasiyadan keçən media işçiləri üçün media kəndində parti təşkil olunub.

Birinci Avropa Oyunlarını izləmək üçün qardaş Türkiyənin TRT Spor kanalından ölkəmizə gələn jurnalist Ömər Yavru Publika.az-a açıqlama verərək Bakıda özünü evindəki kimi hiss etdiyini deyib:

“Hazırda İstanbulda, TRT Spor kanalında çalışıram. Bakıya 4 nəfərlik qrupla, bir müxbir, iki kameraman yoldaşımızla bu gün gəlmişik. Çox gözəl yermiş bura. Biz qardaş ölkəyik, çox ortaq dəyərlərimiz var: türkülər, şərqilər... İlk dəfədir Bakıya gəlirəm. Avropa Oyunları özəl bir şeydir, ilk dəfə təşkil olunur. Burda özümü evimdəki kimi hiss edirəm. Amma şəhəri hələ gəzməmişəm, çox gəzmək, görmək istəyirəm. Azərbaycan mənimçün çox fərqli yerdir, çox sevirəm buranı. Belə dünya səviyyəli yarışın sizin ölkədə təşkil olunması çox önəmli hadisədir, idman sahəsində Azərbaycan daha əvvəl belə böyük layihəyə ev sahibliyi etməyib, məncə”.

Türkiyəli jurnalist ölkəsində futboldan başqa heç bir idman növünün ön planda olmadığını bildirib: “Bildiyimə görə, Avropa Oyunlarından sonra gələn il də Formula 1 Azərbaycanda keçirilməlidir. O da çox önəmli yarışdır. Oyunların Azərbaycanda keçirilməsi gənclərin idmana marağını daha da artıracaq, idmanın çox müxtəlif sahələri üzrə yarışlar olacaq. Türkiyədə futboldan başqa heç bir idman növünü ön planda görə bilməzsiniz, amma ümid edirəm burda elə deyil. Atletizm, velosiped sürmə, üzmə bunlar daha maraqlıdır mənə, burda da əsas onları izləyəcəyəm. Daha öncə 4 dəfə olimpiya oyunlarında iştirak etmişəm, sonuncu dəfə 2008-ci ildə Pekin Olimpiadasında olmuşam. Heç yerdə bu qədər gözəl qarşılanma olmamışdı, “Sarı gəlin”i, “Sən gəlməz oldun”u dinləyib çox ləzzət aldım. İndi dünyada narkotik, zərərli vərdişlər gəncləri ağuşuna alıb, mədəniyyət, incəsənətə maraq azalıb, ümid edirəm ki, bu oyunlar gənclərə müsbət baxımdan təsir edəcək.

Azərbaycan idmançılarından sərbəst güləş üzrə olimpiya çempionu Namiq Abdullayevi tanıyıram. Əslində başqa tanıdıqlarım da var, amma ad olaraq yadımda saxlaya bilmirəm.

Bu oyunlarda qadın voleybol klubumuzdan, atletika burda zəif inkişaf edib bir az, üzgüçülük üzrə qaliblərimiz ola bilər. Eləcə də atıcılıq bizdə yaxşı inkişaf edib”.


Müəllif:

Oxşar xəbərlər