12 İyun 2015 16:41
1 769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Su polosu üzrə günün son iki qarşılaşması İtaliya-Fransa və Rusiya-Slovakiya komandaları arasında olub.

Teleqraf.com xəbər verir ki, italiyalı qızlar fransızlarları məğlub edib: 22:5

İtaliya – Fransa - 22:5

Rus qonşularımız isə slovakiyalılarla yarışda qalib gəlib. Onlar qarşılaşmanı 13:4 hesabı ilə başa vurublar. Bununla da su polosu üzrə A və B qruplarında ilk qarşılaşmalar başa çatıb.

Rusiya – Slovakiya - 13:4

***

Avropa Oyunları çərçivəsində Su polosu arenasında növbəti görüş Yunanıstan və Böyük Britaniyanın qadınlardan ibarət milliləri arasında keçirib.

İlk dəqiqələrdən Yunanıstanın açıq üstünlüyü diqqətdən yayınmadı. Matç 20:2 hesabıyla yunanların qələbəsi ilə başa çatdı.

Yunanıstan – Böyük Britaniya 20:2

Digər qarşılaşmada isə İspaniya millisi Serbiya üzərində parlaq qələbə qazanıb.

İspaniya – Serbiya 17:4

***

İlk Avropa Oyunlarının Su polosu yarışlarında daha iki qarşılaşma başlayıb.

Teleqraf.com xəbər verir ki, A qrupunda Yunanıstanla Böyük Britaniya yıçası, B qrupunda isə Serbiya ilə İspaniya yığmaları qarşılaşır.

Qadınlar, A qrupu

Yunanıstan - Böyük Britaniya

Qadınlar, B qrupu

İspaniya – Serbiya

***

Bakı-2015 Birinci Avropa Oyunları çərçivəsində keçirilən Su Polosu yarişlarının ilk qarşılaşmaları başa çatıb.

Teleqraf.com-un qarşılaşmanı izləyən əməkdaşının verdiyi məlumata görə, A qrupunda iki oyun keçirilib. İlk görüşdə Niderland millisi İsrail yığması ilə qarşılaşıb.

Hollandlar qarşılaşmanı böyük hesabla başa vurub.

Niderland - İsrail - 29:1

Bu görüşlə bərabər Macarıstan- Almaniya qarşılaşmasıda keçirilib. Teleqraf.com xəbər verir ki, ilk dəqiqələrdən macarlar üstünülüyü ələ alıblar. Macarlar birini hissədə 6:1 hesabı ilə qələbə qazanıb. İkinci hissədə də onlar üstünlüyü qoruyub saxlayıb: 12:2.

Üçüncü hissədə macarlar fərqi bir az daha artıraraq, hesabı 18:2-yə çatdırıblar. Oyunun son hissəsində də Macarıstan hesabı artırıb. Yarış 21:4 hesabı ilə macarların xeyrinə başa çatıb.

Macarıstan - Almaniya - 21-4

***

İlk dəfə Bakıda düzənlənən Avropa Oyunlarına artıq start verilib. Sinxron üzgüçülükdən sonra ikinci idman növündə də mübarizə başlayır.

Teleqraf.com xəbər verir ki, su polosunda qadınlar ilk turun görüşlərinə çıxacaqlar. Azərbaycan yığmasının oynamadığı turnirdə 6 matç baş tutacaq.

İlk oyun ssatında iki qarşılaşma baş tutacaq. Hollandiya İsraillə, Macarıstan Almaniya ilə üz-üzə gələcək.

12:00. Su polosu
Qadınlar, A qrupu
Hollandiya - İsrail
Vaterpol arenası

12:00. Su polosu
Qadınlar, A qrupu
Macarıstan – Almaniya
Vaterpol arenası

13:45. Su polosu
Qadınlar, A qrupu
Yunanıstan – Böyük Britaniya
Vaterpol arenası

13:45. Su polosu
Qadınlar, B qrupu
İspaniya – Serbiya
Vaterpol arenası

15:30. Su polosu
Qadınlar, B qrupu
Rusiya – Slovakiya
Vaterpol arenası

15:30. Su polosu
Qadınlar, B qrupu
İtaliya – Fransa
Vaterpol arenası

Vaterpol arenası


Müəllif: