Azərbaycan 2,5 il ərzində Bakıda keçirilən I Avropa Oyunlarında iştirak etmək üçün gələn idmançılar, həmçinin azarkeşlər üçün rahat şərait və gözəl infrastruktur yarada bilib.
Trend-in verdiyi məlumata əsasən, bunu Rusiya Prezidentinin köməkçisi İqor Levitin Bakıda Rusiya Azarkeş Evinin açılış mərasimində jurnalistlərə deyib.
O bildirib ki, Olimpiya kəndi kimi nəqliyyat logistikası da idmançıların həyatına uyğun gəlir.