“Bakı-2015” Birinci Avropa Oyunları yüksək səviyyədə təşkil olunub”.
Bunu Teleqraf.com-a açıqlamasında İtaliya qadın voleybol yığmasının baş məşqçisi Fabio Soli deyib.
Onun sözlərinə görə, Azərbaycan voleybol komandası da çox güclüdür: “Azərbaycan voleybol komandası güclü rəqibdir. Düşünürəm ki, ev sahibliyi etdiyi birinci Avropa Oyunlarında Azərbaycan yığması yaxşı oyun göstərəcək. Bu gün İtaliya-Belçika komandaları arasında baş tutmuş oyun bizim komandamız üçün çox vacib idi. Çünki komanda hər oyuna xüsusi hazırlaşır və yalnız qələbə gözləyir. “Bakı-2015” çərçivəsində qadınlar arasında keçirilən voleybol üzrə ilk oyunda da qalib gəlmək gələcək qələbələrə ümid verir”.
Samir